...

“Retro Bakı” layihəsi davam edir (FOTO)

Mədəniyyət Materials 24 İyul 2017 19:59 (UTC +04:00)
“Retro Bakı” konsertləri ötən həftə sonu paytaxt sakinləri və şəhərimizin qonaqlarına maraqlı anlar yaşadıb.
“Retro Bakı” layihəsi davam edir (FOTO)

Bakı. Trend:

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin layihəsi əsasında Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə Mərkəzin təşkilatçılığı ilə keçirilən “Retro Bakı” konsertləri ötən həftə sonu paytaxt sakinləri və şəhərimizin qonaqlarına maraqlı anlar yaşadıb.

İdarədən Trend-ə verilən məlumata görə, tanınmış estrada mügənniləri Elnarə Xəlilova, Roza Zərgərli, Leyla Ramazanlı, Dana Durdana, Səbinə Əsgərova, Anar Rəhimli, Könül Məmmədli, Nailə Müslümova, Aytac Vidadiqızı, Mircabbar Mirbabayev, Tafur, Nigar Sülüymanova, Zara Baku, Mirfərhad Həbibi, Aynur Əliyeva öz çıxışları ilə tamaşaçıları məmnun ediblər.

Həmçinin, konsertdə “Səma” və “Xəzərim” rəqs qruplarının ifasında milli və dünya xalqlarının rəqsləri təqdim olunub.

Qeyd edək ki, layihə əhalinin və turistlərin asudə vaxtının xoş keçməsi, Azərbaycan musiqi incilərinin, korifey bəstəkarların əsərlərinin səsləndirilməsi məqsədini daşıyır. “Retro Bakı” sentyabırın 15-dək hər həftə sonu axşam saatlarında Fəvvarələr Meydanında zəngin konsert proqramı təqdim edəcək.

Xəbər lenti

Xəbər lenti