...

"Ədəbi üfüqlər" layihəsinə start verilir (VİDEO)

Mədəniyyət Materials 26 İyul 2017 19:04 (UTC +04:00)
Mədəniyyət kanalı ilə Azərbaycan Yazıçılar Birliyinin birgə layihəsi olan yeni ədəbi müsabiqəyə start verilir.
"Ədəbi üfüqlər" layihəsinə start verilir (VİDEO)

Bakı. Trend:

Mədəniyyət kanalı ilə Azərbaycan Yazıçılar Birliyinin birgə layihəsi olan yeni ədəbi müsabiqəyə start verilir.

Mədəniyyət kanalının direktoru Ramil Qasımovun sözlərinə görə, dövlətin diqqət və qayğısı nəticəsində Azərbaycan mədəniyyəti gündən-günə inkişaf edir, dünyada layiqincə təbliğ və təmsil olunur. Bu müsabiqənin əsas məqsədi ölkəmizin müasir iqtisadi-mədəni inkişafının poetik müstəvidə işıqlandırılmasını təmin etmək, eyni zamanda yüksək səviyyəli poeziya nümunələrini geniş tamaşaçı kütlələri arasında təbliğ etməkdir.

Müsabiqəyə dörd mövzu üzrə poeziya nümuələri qəbul olunur:
1. Vətənpərvərlik
2. Azərbaycan bayrağı
3. Doğma Bakı
4. Milli həmrəylik

Ramil Qasımov qeyd edir ki, Azərbaycan Televiziyası öz fəaliyyətində gənc nəslə vətənpərvərlik, qəhrəmanlıq ideyalarının təbliğini, xalqa, millətə, bayrağımıza, doğma Bakımıza, Azərbaycanımıza hörmət və sevgi hisslərinin aşılanmasını hər zaman əsas missiya kimi öz üzərinə götürür. Yetişməkdə olan gənc nəslin maariflənməsi Azərbaycan Televiziyasının əsas məqsədlərindəndir. Bu baxımdan da belə müsabiqələrin keçirilməsi tədqirəlayiqdir. Onun sözlərinə görə, müsabiqənin keçirilməsində məqsəd eyni zamanda müasir bəstəkarlar tərəfindən yazılan mahnıların mətnlərini təmin etməkdir.

Sonda hər mövzu üzrə 3 şeir nümunəsi ekspertlər tərəfindən qalib elan ediləcək, şeir nümunələrinə mahnılar bəstələnəcək və “Mədəniyyət” kanalı vasitəsilə yayımlanacaq. Bu isə istər poeziya həvəskarlarına, istərsə də musiqisevərlərə Mədəniyyət kanalının bir töhvəsi olacaq. Qalibləri əlavə pul mükafatı da gözləyir.

Əsərlər kompyuterdə yığılmış versiyada 3 nüsxə olaraq “Mədəniyyət” kanalına, [email protected] elektron ünvanına və ya Azərbaycan Yazıçılar Birliyinə təqdim olunmalıdır. Müsabiqəyə əsərlərin qəbulu sentyabr ayının 10-a qədər davam edəcək.

Əlavə məlumat üçün əlaqə telefonları:
(012) 408 14 58
(012) 492 14 58
(050) 492 14 58

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Xəbər lenti

Xəbər lenti