...

Hindistanın məşhur musiqi qrupu Azərbaycana gəlir

Mədəniyyət Materials 5 Sentyabr 2017 11:33 (UTC +04:00)
Hindistan məşhur musiqi qrupu “Indian Ocean” (Hind okeanı) Azərbaycanda konsert proqramları ilə çıxış edəcək.
Hindistanın məşhur musiqi qrupu Azərbaycana gəlir

Bakı. Trend:

Hindistan məşhur musiqi qrupu “Indian Ocean” (Hind okeanı) Azərbaycanda konsert proqramları ilə çıxış edəcək.

Bu barədə Trend-ə Hindistanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Hindistanın qabaqcıl musiqi qruplarından hesab olunan “Indian Ocean” qrupu 10-14 sentyabr 2017-ci il tarixlərində Azərbaycana səfər edəcək. Onlar 11 sentyabr saat 19:00-da Bakı şəhərində Dənizkənarı Milli Parkda və 13 sentyabr saat 19:00-da Sumqayıt bulvarında canlı musiqi proqramları ilə çıxış edəcəklər. Konsertlərə giriş sərbəst olacaq.

“Indian Ocean” qrupu öz nadir musiqisi ilə Hindistanda və ölkə xaricində böyük coşqu yaradıb və uğur qazanıb. Bəzi tənqidçilər “Indian Ocean” qrupunun musiqisini mənəviyyat, fəallıq, ətraf mühitçilik, müharibənin faydasızlığı və mifologiya kimi mövzuları özündə ehtiva edən müasir rokun, klassik hind cazının, xalq musiqisinin vəhdəti kimi təsvir edirlər.

“Indian Ocean” musiqi qrupunun səfəri Hindistanla Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünə həsr olunmuş tədbirlərin tərkib hissəsini təşkil edir. Tədbirin təşkilatçıları olan Hindistanın Mədəni Əlaqələr Şurası (ICCR) və Hindistanın Azərbaycandakı Assosiasiyası (IAA) Azərbaycan musiqisevərlərini hər kəsə açıq olan konsert proqramlarından zövq almağa dəvət edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti