...

Şəki Avropa Şəhərciyi tədbirinin konsert proqramı baş tutub (FOTO)

Mədəniyyət Materials 24 Sentyabr 2017 11:09 (UTC +04:00)
“Avropa Avtobus Turu” layihəsi çərçivəsində Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə reallaşan “Avropa şəhərciyi”nin açılışına həsr olunan silsilə tədbirlərə sentyabrın 23-də axşam saatlarında şəhərin mərkəzi meydanında təşkil olunan konsert proqramı ilə yekun vurulub
Şəki Avropa Şəhərciyi tədbirinin konsert proqramı baş tutub (FOTO)

Bakı. Trend:

“Avropa Avtobus Turu” layihəsi çərçivəsində Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə reallaşan “Avropa şəhərciyi”nin açılışına həsr olunan silsilə tədbirlərə sentyabrın 23-də axşam saatlarında şəhərin mərkəzi meydanında təşkil olunan konsert proqramı ilə yekun vurulub.

İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, konsertdən əvvəl Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas çıxış edərək, Azərbaycanla Avropa İttifaqına üzv ölkələr arasında əlaqələrin bütün sahələrdə uğurla davam etdirildiyini bildirib, layihə çərçivəsində Şəkidə keçirilən silsilə tədbirləri şəhərin istər iqtisadi, istərsə də mədəni həyatında çox əlamətdar hadisə kimi dəyərləndiriblər.

Tədbirdə iştirak edən səfirlər yüksək qonaqpərvərliyə görə Şəki rəhbərliyinə və şəhərin sakinlərinə minnətdarlıqlarını bildiriblər. Vurğulanıb ki, belə tədbirlər ölkələr arasında dostluq əlaqələrinin və münasibətlərin daha da möhkəmlənməsinə xidmət edir.

Konsertdə təqdim olunan Azərbaycan və Avropa ölkələri bəstəkarlarının mahnıları, şən musiqilər tamaşaçıların ürəyincə olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti