...

Kiyevdə milli mətbəx və mədəniyyətimizi təbliğ edən "Salam Azərbaycan" açıq qapı günü keçirilib (FOTO)

Mədəniyyət Materials 30 Sentyabr 2017 13:07 (UTC +04:00)
Kiyev şəhərində Azərbaycanın Ukraynadakı səfirliyi tərəfindən “Salam Azərbaycan” adlı açıq qapı günü keçirilib.
Kiyevdə milli mətbəx və mədəniyyətimizi təbliğ edən "Salam Azərbaycan" açıq qapı günü keçirilib (FOTO)

Bakı. Trend:

Kiyev şəhərində Azərbaycanın Ukraynadakı səfirliyi tərəfindən “Salam Azərbaycan” adlı açıq qapı günü keçirilib.

Azərbaycanın Ukraynadakı səfirliyindən Trend-ə verilən məlumata görə, səfirliyin ərazisində ümummilli lider Heydər Əliyev adına parkda təşkil olunan tədbirdə şəhər sakinləri və qonaqlar üçün Azərbaycan mədəniyyəti və mətbəxi təbliğ edilib.

Xarici ölkələrin diplomatik nümayəndələri, Ukrayna Ali Radasının deputatları, siyasətçilər, mədəniyyət və ictimai xadimlər və KİV-lərin iştirak etdiyi tədbirdə Azərbaycanın milli yeməkləri olan - dolma, plov, dovğa və digər nemətlər təqdim olunub. Tədbirdə qonaqlar, həmçinin milli musiqi alətimiz olan tarın canlı müşayiəti ilə muğamımıza qulaq asıblar.

Sonra çıxış edən Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Azər Xudiyev bildirib ki, səfirlik tərəfindən helloazerbaijan.com.ua saytı yaradılacaq. Saytın yaradılmasında məqsəd Azərbaycan mədəniyyətini, milli mətbəxini, ölkəmizin sosial həyatını, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə tanıtmaqdır. Hazırda saytın aktivləşdirilməsi üçün texniki işlər həyata keçirilir.

Səfir qeyd edib ki, Azərbaycan milli mətbəxinin tarixi də elə xalqın tarixi qədər qədimdir. Azərbaycan kulinariyası öz tarixi kökləri və özünəməxsusluğu ilə digərlərindən xeyli fərqlənir. Azərbaycan xörəkləri yüksək keyfiyyətləri ilə dünyada məhşurdur.

Diplomat deyib ki, qədim köklərə malik Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda təbliğinin aparılması üçün dövlətimiz tərəfindən ardıcıl tədbirlər həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti