...

Bakıda “Sweet November” yemək festivalına getmək üçün 5 səbəb

Mədəniyyət Materials 10 Noyabr 2017 19:48 (UTC +04:00)
Qız qalasının ətrafında noyabrın 23-dən 26-dək “Sweet November” irimiqyaslı yemək festivalı keçiriləcək.
Bakıda “Sweet November” yemək festivalına getmək üçün 5 səbəb

Bakı. Vüqar İmanov - Trend:

Azərbaycan paytaxtının qədim hissəsi İçərişəhərdə, Bakının rəmzi Qız qalasının ətrafında noyabrın 23-dən 26-dək “Sweet November” irimiqyaslı yemək festivalı keçiriləcək.

Trend-in məlumatına görə, festival “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Meal for Real” kulinar layihəsinin dəstəyi ilə təşkil edilib.

Biz festival ərəfəsində Sizin işinizi asanlaşdırmaq və Bakıda bu cür tədbirlərin nə üçün keçirildiyini öyrənmək qərarına gəldik!

1. Dad müxtəlifliyi!

100 kvadratmetrdə 30-dan artıq yeməyə daha harada rast gəlmək olar? Əlbəttə ki, yalnız yemək festivalında, burada hər kəs istənilən dadda bütün mümkün cürbəcür yeməklərdən yeyib ləzzət ala, özü üçün nəsə yeni bir şey kəşf edə və ya öz dad palitranısını toplaya bilər.

2.Açıq havada əyləncə!

“Open-air” konsertləri və açıq səma altında kinoteatrlar şübhəsiz ki, yaxşıdır, lakin orada o qədər də yemək, üstəlik içmək olmur, buna görə də faydalını ləzzətli ilə birləşdirmək üçün “Sweet November” festivalında faydalı çox şey olacaq, məsələn, adətən bürkülü məkanlarda keçirilən ustad dərsləri. Elə buradaca ən yaxşı aşpazların işini izləyə, eyni zamanda bir stəkan qlintveyn içə bilərsiniz.

3. Pulsuz teystinq!

Bəli. Bir çox restoran bütün mümkün təamlarla tamamilə ödənişsiz əsasda qonaqlarımızın qulluğunda duracaqlar. Qalan kafe və restoranlar, hətta adətən öz qiymətləri ilə “dişləyənlər” hər kəsin onların mətbəxini özləri üçün kəşf etmələri məqsədi ilə sizi aşağı qiymət siyahıları ilə yaxşı mənada təəccübləndirəcək.

4. Payızın ən uzun əyləncəli yığıncağı!

Dörd gün, səhər saat 11:00-dan gec saatlaradək davam edən əyləncə gecəsini təsəvvür edin, düzdür, bu məhz “Sweet November” festivalıdır. Biz çoxlu əla musiqi hədiyyə edirik – diceylərimiz hətta ən küləkli payız çağında heç vaxt sizin donmamağınıza zəmanət verəcəklər. Sizin və dostlarınız üçün tədbir mütləq zövqünüzə uyğun olacaq, bura uşaqlarla və səs-küylü dəstə ilə gəlmək olar və qızla da gəlmək ayıb deyil.

5. Tanış olun və ünisyyət saxlayın!

Yemək festivalı ən qabaqcıl və cəsur restoratorlar, aşpazlar, fud-blogerlərlə tanış olmaq üçün ən münasib yerdir. Niyə məhz cəsur? Çünki onlar şablonlara rəğmən, təmtəraqlı restoranların rahat mətbəxlərindən çıxaraq Küçə Yemək Festivalı adlı macəraya yollanırlar – bu eksperiment təkcə restoratorlar üçün deyil, həm də yenicə uzun yola başlayan sahibkarlar üçündür. Buna görə də yemək festivalımız restoran sahəsinin iş şəbəkəsi üçün özünməxsus sərgini təmsil edir.

Ünsiyyət saxlayın, ilham alın, nuşluqla yeyin! Azərbaycanlıların dediyi kimi – Nuş olsun!

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti