...

Belarus, Ukrayna, Rusiya və Azərbaycan opera ulduzları "Karmen" operasının tamaşasında

Mədəniyyət Materials 15 Noyabr 2017 19:59 (UTC +04:00)
Dekabrın 2-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Jorj Bizenin "Karmen" operasının növbəti tamaşası keçiriləcək.
Belarus, Ukrayna, Rusiya və Azərbaycan opera ulduzları "Karmen" operasının tamaşasında

Bakı. Trend:

Dekabrın 2-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Jorj Bizenin "Karmen" operasının növbəti tamaşası keçiriləcək.

Teatrdan Trend-ə verilən məlumata görə, bu dəfə azərbaycanlı operasevərlər Karmen partiyasını belaruslu vokal ulduzu Oksana Volkovanın ifasında dinləyə və seyr edə biləcəklər. O.Volkova Belarus Böyük Akademik Opera və Balet Teatrının aparıcı solisti, Belarusun Əməkdar artisti, Dövlət mükafatı laureatı, bir sıra beynəlxalq müsabiqələrinin qalibidir.

2013-cü ildən bəri o dünya şöhrətli "Metropoliten-opera"da mövsümün açılışına dəvət olunur və çıxış edir. Oksana həm də Rusiya Akademik Böyük Teatrının dəvətli solistidir. Milanın "La skala", Palermonun "Massimo", Neapolun "San Karlo", Buenos-Ayresin "Kolon" teatrlarında, həmçinin Nitsa, Münhen, Riga opera teatrlarının səhnəsinə, Çin və Yaponiyada çıxış edir.

Xarici KİV-lər O.Volkovanın ifasını yüksək qiymətləndirir, onu "parlaq aktrisa, opera nəhəngi və ulduz" adlandırırlar. Opera tənqidçiləri onun fenomenal vokal göstəriciləri, çox gözəl səs tembrinə, effektli xarici görünüşə malik olduğunu qeyd edirlər.

O.Volkova ilə yanaşı tamaşada həmçinin Ukrayna Milli Operasının solisti, Ukraynanın Xalq artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Andrey Romanenko (Xoze), habelə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solistləri - Xalq Artisti Əli Əsgərov (Suniqo), Əməkdar Artistlər İnarə Babayeva (Mikaela), Cahangir Qurbanov (Eskamilio), Gülnaz İsmayılova (Fraskita), Əliəhməd İbrahimov (Romendado), solistlərdən Nina Makarova (Mersedes), Tural Ağasıyev (Dankayro) çıxış edəcəklər.

Tamaşanı Əməkdar artist, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev idarə edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti