...

Azərbaycanlı rejissor "Asia Pacific Screen Awards"​ mükafatına layiq görülüb

Mədəniyyət Materials 23 Noyabr 2017 18:28 (UTC +04:00)
Azərbaycanın Oskar mükafatina təqdim etdiyi “Nar bağı” filminin rejissoru İlqar Nəcəf 11-ci Asiya-Sakit okean regionu Kino Akademiyasının mükafatına layiq görülüb
Azərbaycanlı rejissor "Asia Pacific Screen Awards"​ mükafatına layiq görülüb

Bakı. Cani Babayeva - Trend:

Azərbaycanın Oskar mükafatına təqdim etdiyi “Nar bağı” filminin rejissoru İlqar Nəcəf 11-ci Asiya-Sakit okean regionu Kino Akademiyasının (Asia Pacific Screen Awards) mükafatına layiq görülüb.

Trend-in məlumatına görə, mərasim Avstraliyanın Brisben şəhərində baş tutub.

İlqar Nəcəf “Gənc kinematoqrafçı” nominasiyasında mükafatı əldə edib.

Qeyd edək ki, “Nar bağı” filmi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası tərəfindən “Buta film” kino şirkəti ilə birgə çəkilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti