...

Heydər Əliyev Sarayında Yeni il konserti keçirilib (FOTO)

Mədəniyyət Materials 22 Dekabr 2017 20:22 (UTC +04:00)
Heydər Əliyev Sarayı və Azərbaycan Televiziyası “Mədəniyyət” kanalının birgə konsert proqramı keçirilib.
Heydər Əliyev Sarayında Yeni il konserti keçirilib (FOTO)

Bakı. Trend:

Heydər Əliyev Sarayı və Azərbaycan Televiziyası “Mədəniyyət” kanalının birgə konsert proqramı keçirilib.

Trend-in məlumatına görə, “Yeni il gəlir” adlı konsertdə ulduzlarla maraqlı, unudulmaz görüş olub.

Konsertdə Respublikanın xalq artistləri Nazpəri Dostəliyeva, Nəzakət Teymurova, Gülyaz Məmmədova, Zaur Rzayev, Əməkdar artistlər Zakir Əliyev, Bəyimxanım Vəliyeva, Ehtiram Hüseynov, tanınmış müğənnilər Nadir Qafarzadə, Elnarə Xəlilova, Rövşən Əziz, Kamilə Nəbiyeva, Səbinə Ərəbli, Ayşən Mehdiyeva, Rəşad İlyasov, Almaxanım Əhmədli, Günay İmamverdiyeva, Aytən Məhərrəmova, Rahidə Baxış, Günay İbrahimli, Sabina Babayeva, Xəyyam Nisanov, Azad Şabanov və başqaları iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti