...

Bakıda “Yaşıl İncəsənət” rəsm-sərgi müsabiqəsi keçirilib (FOTO)

Mədəniyyət Materials 29 Yanvar 2018 20:31 (UTC +04:00)
Bakıda artıq 2-ci dəfə “Yaşıl İncəsənət” rəsm-sərgi müsabiqəsi baş tutub.
Bakıda “Yaşıl İncəsənət” rəsm-sərgi müsabiqəsi keçirilib (FOTO)

Bakı. Trend:

Bakıda artıq 2-ci dəfə “Yaşıl İncəsənət” rəsm-sərgi müsabiqəsi baş tutub.

Trend-in məlumatına görə, “Yaşıl İncəsənət” 2018 rəsm sərgi-müsabiqəsi Gənclər Fondunun maliyyə dəstəyi, ASAN Könüllülük Məktəbinin “Yaşıl ASAN” təşəbbüsü, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, İmprotex Motors, Garden Shop-un təşkilatı dəstəyi ilə həyata keçirilib.

Layihənin əsas məqsədi müasir incəsənətdə mənzərə və natürmort janrlarının rolunu, əhəmiyyətini artırmaq, ətraf mühitin mühafizəsinə, Azərbaycanın relikt flora və fauna nümunələri, təbiət qoruqlarının bənzərsiz gözəlliklərinə maraq və diqqəti cəlb etməkdir.

Tədbirdə sərgilənmiş mənzərə və natürmort janrlarınnda təbiəti əks etdirən 70 rəsm əsəri münsiflər heyəti tərəfindən qiymətləndirildikdən sonra 3 ən yaxşı rəsm əsərinin müəlliflərinə xüsusi diplom və pul mükafatları təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti