...

Xalq artistinin yubiley gecəsi keçirilib (FOTO)

Mədəniyyət Materials 30 Yanvar 2018 19:37 (UTC +04:00)
Beynəlxalq Muğam Mərkəzində Elxan Əhədzadənin yubiley gecəsi keçirilib.
Xalq artistinin yubiley gecəsi keçirilib (FOTO)

Bakı. Trend:

Beynəlxalq Muğam Mərkəzində, Azərbaycan Televiziyası “Mədəniyyət” kanalının təşkilatçılığı, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi çərçivəsində Xalq artisi, vokal sənətinin görkəmli nümayəndələrindən olan Elxan Əhədzadənin 70 illik yubileyinə həsr edilmiş bədii gecə keçirilib.

Trend-in məlumatına görə, gecədə sənətkarın həyat və yaradıcılığından ibarət vidioçarx nümayiş olunub.

Elxan Əhədzadə 30 yanvar 1948-ci ildə Bakıda musiqiçi ailəsində anadan olub. 1967-ci ildə C.Cabbarlı adına Kinostudiyanın kino aktyoru kursunda Adil İsgəndərovun sinfini bitirib,1969-cu ildə Rus Dram Teatrında aktyor kimi fəaliyyət göstərib. 1972-1977-ci illərdə İncəsənət İnsititutunun Musiqili komediya aktyoru fakültəsini bitirir və həmin ildən də Azərbaycan Dövlət Musiqili Komediya teatrında aktyor kimi çalışır. R.Hacıyevin “Mama ya jenyus”,”Kavkazskaya plemyanitsa” və s. əsərlərdə baş rollarda çıxış edib.

Elxan Əhədzadə opera sahəsində bir-birindən maraqlı obrazlar yaradaraq Ü.Hacıbəylinin ”Leyli və Məcnun” əsərində Nofəl, C.Bizenin ”Karmen” operasında Eskamin, R.Mustafayevin “Vaqif” operasında Şah Qacar, S.Ələsgərovun ”Solğun çiçəklər”ində Bəhram, C.Verdinin “Riqoletto”əsərində Riqoletto və başqa rolları ilə yadda qalıb.

Yubiley gecəsində Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov, “Mədəniyyət” kanalının direktoru Ramil Qasımov, Əməkdar incəsənət xadimi, rejissor Hafiz Quliyev çıxış edərək sənətkarın həyat və yaradıcılığından, Azərbaycan vokal musiqisi sənətindəki xidmətlərindən söhbət açıblar.

Daha sonra tədbir konsert proqramı ilə davam edib.

Gecədə Xalq artisti Əli Əsgərov C.Verdinin “Simon Bokkaneqra” operasından Fieskonun ariyasını, Əməkdar artist İlahə Əfəndiyeva F.Əmirovun “Sevil” operasından “Sevilin laylası”nı, Əməkdar artist Afaq Abbasova A.Dvorjakın “Su pərisi” operasından “Su pərisi”nin arisyasını, Əməkdar artist Səbinə Vahabzadə Ü. Hacıbəylinin “Koroğlu” oprasından “Xanəndə qızın mahnısı” nı, Əməkdar artist Gülnaz İsmayılova Françesko Çileanın "Adriana Lekuvryer”operasından “Adriana Lekuvryerin” ariyasını, Əməkdar artist Zenfira İsmayılova Niyazinin “Arzu” mahnısını, Əməkdar artist Əliəhməd İbrahimov Aqustin Laranın “Qranada” əsərini, Taleh Yəhyayev Q.Qarayev və C.Hacıyevin “Vətən” operasından Mərdanın ariyasını, Elçin Əhədzadə V.A.Mosartın “Don Juan”operasından Leporellanın ariyasını, Aynur İsgəndərli isə A.Zeynalının “Ölkəm” əsərlərini səsləndiriblər.

Tədbirin sonunda sənətkarın qardaşı Tərlan Əhədzadə çıxış edərək ailəsi adından tədbirin təşkilində əməyi keçən hər kəsə təşəkkürünü bildirərək sənətkar haqqında xatirələrini bölüşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti