...

Bakı Şansonu Heydər Əliyev Sarayında (FOTO)

Mədəniyyət Materials 1 Fevral 2018 20:28 (UTC +04:00)
Heydər Əliyev Sarayında “Bakı Şansonu” adlı konsert proqramı keçirilib.
Bakı Şansonu Heydər Əliyev Sarayında (FOTO)

Bakı. Trend:

Heydər Əliyev Sarayında “Bakı Şansonu” adlı konsert proqramı keçirilib.

Trend-in məlumatına görə, “Bakı Şansonu” konsertində tanınmış şanson ifaçıları Fərhad Bakinskiy, Cəlal Abbasov, Ceyhun Bakinskiy, İlqar Sail, Şakir Mərdanov və Sabir Əhmədov iştirak ediblər.

Konsertdə tamaşaçılara yeni, maraqlı və fərqli proqram təqdim olunub. Hər zaman populyarlığını saxlayan "Bakı şansonu" janrında mahnılar bakılılar və şəhərimizin qonaqları tərəfindən böyük maraqla və alqışlarla qarşılanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti