...

Beynəlxalq Muğam Mərkəzində Gənclər Günü qeyd edilib (FOTO)

Mədəniyyət Materials 1 Fevral 2018 20:36 (UTC +04:00)
Beynəlxalq Muğam Mərkəzində 2 Fevral- Gənclər Günü münasibətilə tədbir keçirilib.
Beynəlxalq Muğam Mərkəzində Gənclər Günü qeyd edilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Televiziyasının Mədəniyyət Kanalı, Azərbaycan Milli Konservatoriyası və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində 2 Fevral- Gənclər Günü münasibətilə tədbir keçirilib.

Trend-in məlumatına görə, Azərbaycan Milli Konservatoriyasının tələbələrinin iştirakı ilə keçirilən tədbirin əvvəlində Mədəniyyət Kanalının direktoru Ramil Qasımov və Azərbaycan Milli Konservatoriyasının rektoru, professor Siyavuş Kərimi gəncləri təbrik edərək bu günün mahiyyəti barədə məlumat veriblər.

Qeyd edilib ki, bütün sahələrdə olduğu kimi, incəsənət sahəsində də isdedadlı gənclər yetişir.

Bu konsert də belə gənclərin ictimaiyyətə təqdimatı baxımından xüsusi önəm kəsb edir. Konsertdə vokal ifaçıları, eləcə də instrumental ifaçılar Azərbaycan və Qərb bəstəkarlarının əsərlərini ifa ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti