...

Sergey Kojevnikov: "Jara-2018"ə baxanlar ay tutulmasını belə görə bilməyəcək (FOTO)

Mədəniyyət Materials 26 İyul 2018 20:15 (UTC +04:00)
"Jara-2018"ə baxanlar ay tutulmasını belə görə bilməyəcək
Sergey Kojevnikov: "Jara-2018"ə baxanlar ay tutulmasını belə görə bilməyəcək (FOTO)

Bakı. Cani Babayeva - Trend:

Sabah "Jara-2018"ə baxanlar ay tutulmasını belə görə bilməyəcək.

Trend-in məlumatına görə, bunu bu gün Bakıda “Sea Breeze Resort” istirahət mərkəzində başlayan “Jara-2018” Beynəlxalq Musiqi Festivalından öncə keçirilən mətbuat konfransında festivalın təşkilatçılarından biri, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikov deyib.

S.Kojevnikov festivalın proqramı barədə məlumat verib və bildirib ki, artıq bütün biletlər alınıb.

Proqrama görə, festivalın ilk günündə artistlərin yığma konserti baş tutacaq, sabah Leonid Aqutin, Vladimir Presnyakov və Valeriyanın yubiley konsertləri keçiriləcək, festivalın 3-cü günündə "Leninqrad" qrupunun konserti olacaq. Festivala Valeri Meladze və Lyubov Uspenskayanın yaradıcılıq gecəsi ilə yekun vurulacaq.

Qeyd edək ki, Bakı üçüncü ildir ki, “Jara” Beynəlxalq Musiqi Festivalına ev sahibliyi edir. Bu il “Jara” musiqi mükafatı layiqli sahiblərinə təqdim olunub, festival MDB üzrə ən yaxşı yay festivallarının üçlüyünə daxil edilib, habelə “Jara TV” və “Jara” radiostansiyası yayım məkanında öz auditoriyasını formalaşdırıb.

Bu gün festivalın açılış mərasimində Alekseev, Artik & Asti, A`Studio, Brandon Stone, Burito, DoReDos, Doni, EMIN, Feduk, LOBODA, L`One, Monatik, NK, Natan, Nyusha, Aleksandr Panayotov, Aleksey Çumakov, Ani Lorak, Anna Sedokova, Artyom Pivovarov, Vremya i Steklo, Qlyuk’oza, Qradusı, Qriqori Leps, Yeqor Krid, Klava Koka, MOT, Maks Barskix, Mişa Marvin, Nikolay Baskov, Pitsa, Sergey Lazarev, Slava, Soqdiana, Sultan, Timati, Filip Kirkorov, Elina Çaqa, Yuliya Kovalçuk və digər məşhur musiqiçilərin iştirakı ilə qala-konsert keçirilir.

Festivalın təşkilatçıları müğənni və bəstəkar, Azərbaycanın Xalq Artisti Emin Ağalarov, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti