...

Xalq artisti Xəyyam Mirzəzadə vəfat edib

Mədəniyyət Materials 30 İyul 2018 19:18 (UTC +04:00)
Azərbaycanın xalq artisti, şöhrət və şərəf ordenli Xəyyam Mirzəzadə vəfat edib.
Xalq artisti Xəyyam Mirzəzadə vəfat edib

Bakı. Trend:

Azərbaycanın xalq artisti, şöhrət və şərəf ordenli Xəyyam Mirzəzadə vəfat edib.

Trend-in məlumatına görə, Xəyyam Mirzəzadə uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib.

Xəyyam Mirzəzadə 1935-ci il oktyabrın 5-də Bakıda anadan olub. 1957-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Həmin ildən orada çalışır. 1969-1983-cü illərdə kompozisiya kafedrasının müdiri olub.

Onun əsərləri Avstriya, İngiltərə, Macarıstan, Hollandiya, Almaniya, İtaliya, Fransa və s. ölkələrdə ifa olunur. 30-dan artıq kinofilmə və 15 dram tamaşasına, estrada və caz pyeslərinə, populyar mahnılara musiqi bəstələyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti