...

Xətai rayon Mədəniyyət Mərkəzi Qurban bayramına həsr olunmuş tədbir keçirib (FOTO)

Mədəniyyət Materials 24 Avqust 2018 22:38 (UTC +04:00)
Ədliyyə nazirliyinin N saylı alayında Qurban bayramına həsr olunmuş tədbir keçirilib.
Xətai rayon Mədəniyyət Mərkəzi Qurban bayramına həsr olunmuş tədbir keçirib (FOTO)

Bakı. Trend:

Avqustun 23-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Xətai rayon Mədəniyyət Mərkəzi Ədliyyə nazirliyinin N saylı alayında Qurban bayramına həsr olunmuş tədbir keçirib.

İdarədən Trend-ə verilən məlumata görə, ilk öncə aparıcı Humay Muxtarova hər kəsi salamlayıb, bayram münasibətilə təbrik edib.

Sonra tanınmış müğənni Xatun şən mahnılardan ibarət konsert proqramı ilə çıxış edib. Onun ifaları əsgərlərdə xoş əhval-ruhiyyə yaradıb.

Daha sonra Leyla Hümbətova şeirlər səsləndirib.

Tədbirin sonunda L.Hümbətovaya və müğənni Xatuna Fəxri Fərmanlar təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti