...

“Mamoy kişinin yuxuları” Sumqayıt Dövlət Dram Teatrında

Mədəniyyət Materials 5 Oktyabr 2018 23:35 (UTC +04:00)
Sumqayıt Dövlət Dram Teatrında xalq şairi Vaqif Səmədoğlunun “Mamoy kişinin yuxuları” əsəri əsasında hazırlanmış tamaşaya daxili baxış keçirilib.
“Mamoy kişinin yuxuları” Sumqayıt Dövlət Dram Teatrında

Bakı. Trend:

Sumqayıt Dövlət Dram Teatrında xalq şairi Vaqif Səmədoğlunun “Mamoy kişinin yuxuları” əsəri əsasında hazırlanmış tamaşaya daxili baxış keçirilib.

Teatrdan Trend-ə verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru əməkdar artist Namis Şirməmmədov, rəssamı Arif Müzəffərovdur.

Tamaşada əsas obrazları aktyorlar Dağlar Rüstəmov, Vəfa Qurbanova, İlqar İbrahimov, İlham Səfərli, Mətanət Əmirullayeva, Akif Mirzəyev, Yalçın Səlimov, Şəmistan Süleymanlı, Siyavuş Mahmudov, Elmir Mehdiyev, Fuad Kazımov,Vaqif Səmədzadə və b. ifa edirlər.

Müəllif tərəfindən başdan ayağa uydurma adlandırılaraq abstrakt komediya janrında hazırlanmış tamaşada Mamoy kişi hər dəfə yuxu görəndə çin olur. Qorxuya düşən kənd bir nəfərin yuxusunun əsirinə çevrilir. Rejissor versiyasında isə səhnədə baş verən bütün hadisələrin Mamoyun yuxusunda olduğu göstərilir. Kənd camaatı Mamoyu öldürür. Bu əslində rejissor yozumunda rəmzi xarakter daşıyır. Bu rəmz daxilimizdəki xofun, xürafatın, qorxunun ölməsidir.

Teatrın direktoru əməkdar artist Mübariz Həmidov, baş rejissor xalq artisti Firudin Məhərrəmov çıxış edərək əsərin günümüzlə səslənməsini və aktuallığını qeyd ediblər. Aktyorların ifası barədə fikirlərini bölüşərək tövsiyələrini veriblər.

Sonda bədii şuranın qərarı ilə tamaşa qəbul olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti