...

Nazir: Etiraf etməliyəm ki, kino sahəsinə vəsaitin ayrılmasını məhdudlaşdırmışıq

Cəmiyyət Materials 6 Noyabr 2018 15:02 (UTC +04:00)
Etiraf etməliyəm k, son 2 ildə kino sahəsinə vəsaitin ayrılmasını məhdudlaşdırmışıq.
Nazir: Etiraf etməliyəm ki, kino sahəsinə vəsaitin ayrılmasını məhdudlaşdırmışıq

Bakı. İlhamə İsabalayeva - Trend:

“Etiraf etməliyəm k, son 2 ildə kino sahəsinə vəsaitin ayrılmasını məhdudlaşdırmışıq. Amma heç bir deputat əvvəlki illərdə kifayət qədər böyük həcmdə ayrılan vəsaitin müqabilində çəkilən hansısa kino əsərinin olub-olmaması məsələsinə toxunmur”.

Trend-in məlumatına görə, bu fikri Milli Məclisin Mədəniyyət, Əmək və sosial siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil, Səhiyyə komitələrinin birgə keçirilən iclasında çıxış edən maliyyə naziri Samir Şərifov deyib.

Nazirin sözlərinə görə, əvvəlki illərdə bu sahəyə hər il təxminən 8 milyon dollara yaxın vəsait ayrılıb. Bu isə kifayət qədər böyük vəsaitdir:

“Bu məsələyə sistemli yanaşma lazımdır. Daha səmərəli mexanizm yaradılarsa, bu mexanizm yüksək keyfiyyətə malik kino əsərlərinin yaradılmasına xidmət edər. Təkcə onu qeyd etmək istəyirəm ki, son 1-2 ildə özəl sektor tərəfindən çox gözəl kinolar çəkilir. Bu da onu göstərir ki, bu məsələ yalnız pulla ölçülmür. Ona görə də gəlin, bu məsələyə nikbin yanaşaq. Mən də kino sənayesinin inkişaf etdirilməsinin tərəfdarıyam. Amma hökumətin ümumi fikri ondan ibarətdir ki, burada müəyyən keyfiyyətyönümlü dəyişiklik baş verməlidir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti