...

Əbülfəs Qarayev kadr dəyişiklikləri etdi

Mədəniyyət Materials 22 Yanvar 2019 16:53 (UTC +04:00)
Mədəniyyət Nazirliyinin regional mədəniyyət idarələrində yeni təyinatlar olub.
Əbülfəs Qarayev kadr dəyişiklikləri etdi

Bakı. İlhamə İsabalayeva - Trend:

Mədəniyyət Nazirliyinin regional mədəniyyət idarələrində yeni təyinatlar olub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Tahir Əliyev öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib.

Mədəniyyət naziri Əbülfəs Qarayevin əmri ilə Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Ramiz Quliyev bu vəzifədən azad edilərək Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi təyin edilib.

Nazirin digər əmri ilə Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəis müavini Vüqar Qədirov Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi təyin olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti