...

Azərbaycanlı paralimpiyaçı haqqında film beynəlxalq festivala çıxdı

Mədəniyyət Materials 29 Yanvar 2019 09:11 (UTC +04:00)
Azərbaycanlı paralimpiyaçı haqqında çəkilmiş film beynəlxalq festivalın proqramına düşüb.
Azərbaycanlı paralimpiyaçı haqqında film beynəlxalq festivala çıxdı

Bakı. Trend:

Azərbaycanlı paralimpiyaçı haqqında çəkilmiş film beynəlxalq festivalın proqramına düşüb.

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsindən Trend-ə verilən məlumata görə, müəllifi Mariya İbrahimova olan "Uçmaq istəyirəm" (I want to fly) filmi "İtaliya-Azərbaycan" beynəlxalq film festivalında nümayiş olunub.

Yanvarın 30-da Nizami Kino Mərkəzində festivalın qala gecəsi baş tutacaq. Qala gecəsində festivalın qalibləri elan olunacaq.

Filmin qəhrəmanı yol qəzası nəticəsində onurğa zədəsi almış və o gündən etibarən əlil arabası istifadəçisi olan Kamal Məmmədovdur. Qəzadan sonra o yataq xəstəsi olsa da, sınmayıb. Əzmkarlığı, iradəsi və ailəsinin dəstəyi ilə yaşamağa və yeni uğurlar qazanmağa davam edib. Kamal Məmmədov öz fəaliyyəti ilə cəmiyyətə fayda verməkdə davam edir. O, hazırda Milli Paralimpiya Komitəsinin baş katibidir.

Layihə 2016-cı ildə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti