...

Azərbaycan ilk dəfə “Лiга Смiху 2019” Yumor Festivalında (FOTO)

Mədəniyyət Materials 1 Fevral 2019 01:50 (UTC +04:00)
24 yanvar - 4 fevral tarixlərində Ukraynanın Odessa şəhərində Ukraynanın Beşinci “Лiга Смiху 2019” Yumor Çempionatı keçirilir.
Azərbaycan ilk dəfə “Лiга Смiху 2019” Yumor Festivalında (FOTO)

Bakı. Trend:

24 yanvar - 4 fevral tarixlərində Ukraynanın Odessa şəhərində Ukraynanın Beşinci “Лiга Смiху 2019” Yumor Çempionatı keçirilir.

Trend-in məlumatına görə, Azərbaycan ilk dəfədir ki bu festivalda “Как по Маслу” komandası ilə təmsil olunur.

Çempionatda müxtəlif ölkələrdən komandalar iştirak edir, onların arasında Azərbaycan, Belarus, Qazaxıstan, Moldova, Rusiya, İsrail, Estoniya və s. ölkələrin tanınmış və yeni komandaları yer alıblar.

Birinci turun nəticələrinə görə festivalda iştirak edən 213 komandadan ikinci tura vəsiqə qazanan 58-nin arasında Bakının “Как по Маслу” komandası da var.

31 yanvarda keçirilmiş ikinci turun nəticələrinə əsasən 21 qalib komanda seçilərək 2 fevral tarixində keçirilən qala konsertdə iştirak edəcək. Qala konsert Ukraynanın ən reytinqli 1+1 televiziya kanalı vasitəsi ilə yayımlanacaq. Bu qaliblərin arasında Azərbaycanı da təmsil edən komandanın adı var. Və bu tarixi hadisənin 2 fevral Azərbaycan Gənclər Günü ilə üst-üstə düşməsi çox xoş təsadüf oldu. Qeyd edək ki, şounun aparıcısı Ukraynanın tanınmış şoumeni, prodüser, kinoprodüser, aktyor və həmçinin Ukraynanın prezidentliyə namizədi Vladimir Zelenskidir.

Bakının “Как по Маслу” komandası “Azərsun Holdinq” Şirkətlər Qrupunun rəhbərliyinə dərin minnətdarlığını bildirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti