...

Bakıda Rusiya pianoçularının iştirak ilə konsert keçirilib (FOTO)

Mədəniyyət Materials 8 Fevral 2019 20:43 (UTC +04:00)
Beynəlxalq Muğam Mərkəzində “Simurq Uşaq Musiqi Festivalı” çərçivəsində istedadlı Rusiya pianoçularının iştirak ilə möhtəşəm konsert keçirilib
Bakıda Rusiya pianoçularının iştirak ilə konsert keçirilib (FOTO)

Bakı. Trend:

Beynəlxalq Muğam Mərkəzində Rusiyanın əməkdar müəllimi, P.İ.Çaykovski adına Moskva Konservatoriyasında Mərkəzi Musiqi Məktəbinin fortepiano şöbəsinin müdiri Mira Marçenkonun tələbələrinin iştirakı ilə konsert keçirilib.

Beynəlxalq Muğam Mərkəzindən Trend-ə verilən məlumata görə, konsert Bakı Media Mərkəzinin, Təhsil Nazirliyinin və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə “Simurq Uşaq Musiqi Festivalı” çərçivəsində baş tutub.

“Simurq” Uşaq Festivalın keçirilməsində başlıca məqsəd istedadlı musiqiçiləri önə çıxarmaq, dəstək olmaq, eləcə də onlara ifaçılıq sənətində peşəkar bilik və bacarıqlar öyrətməkdir.

Azərbaycan tərəfdən festivalın təşkilatçısı, layihənin müəllifi və rəhbəri tanınmış pianoçu, nüfuzlu beynəlxalq müsabiqələrin laureatı Səidə Tağızadə və Rusiyanın əməkdar müəllimi, P.İ.Çaykovski adına Moskva Konservatoriyasında Mərkəzi Musiqi Məktəbinin fortepiano şöbəsinin müdiri Mira Marçenkonın açılış nitqindən sonra konsert proqramına start verilib.

Konsertdə Timofey Vladimirov, Sofya Menşikova, Aleksandra Dovqan və Valentin Malinin ifasında R.Şumanın, F.Şubertin, F. Listin, P.İ.Çaykovskinin, S.V. Raxmaninovun, J.F. Ramonun, İ.S. Baxın, A.Skryabinin əsərləri səslənib.

Qeyd edək ki, ötən ilin oktyabr ayında "Simurq" musiqi festivalı çərçivəsində Beynəlxalq Muğam Mərkəzində məşhur rusiyalı pianoçu Daniil Sayamovun solo konserti keçirilib.

Gənc istedadların ifası bu dəfə də musiqisevərlər tərəfindən alqışlarla qarşılanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti