...

“Yaz bayramı – saz bayramı” Heydər Əliyev Sarayında

Mədəniyyət Materials 15 Fevral 2019 02:41 (UTC +04:00)
Heydər Əliyev Sarayı və Azərbaycan Aşıqlar Birliyi birgə təşkilatçılığı ilə hazırlanan “Yaz bayramı – saz bayramı” adlı konsert proqramı aşıq musiqisi sevənlərə təqdim olunacaq.
“Yaz bayramı – saz bayramı” Heydər Əliyev Sarayında

Bakı. Trend:

Heydər Əliyev Sarayı və Azərbaycan Aşıqlar Birliyi birgə təşkilatçılığı ilə hazırlanan “Yaz bayramı – saz bayramı” adlı konsert proqramı aşıq musiqisi sevənlərə təqdim olunacaq.

Trend-in məlumatına görə, konsertdə ustad aşıqlar, tanınmış sənətkarlar, musiqiçilər, gənc saz ifaçıları, mədəniyyət və incəsənət xadimləri iştirak edəcəklər. Aşıq gecəsində Nazpəri Dostaliyeva, Əli Tapdıqoğlu, Samirə Əliyeva, Qələndər Zeynalov, Altay Məmmədov, Ağamurad İsrafilov, İlham Aslanbəyli, Ramin Qarayev, Sərdar Məmmədov, Gözəl Kəlbəcərli, Nəbi Nağıyev, Nazim Quliyev, Avdı Musayev, Şaiq İsayev, Telli Borçalı, Roman Azaflı, Şöhrət Kərimov, Elbrus Hüseynov, Familə Göyçəli, Kəmalə Qubadlı, Lətifə Çeşməli, Dəmir Vəliyev və başqaları çıxış edəcəklər.

Biletlərin qiyməti 10-40 manat təşkil edir. Konsertin biletlərini şəhərin mərkəzləşdirilmiş kassalarından əldə edə bilərsiniz.

Əlaqə telefonu: (012) 441-21-31

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti