...

Musiqi məktəbində “Məclisi Üns” adlı tədbir keçirilib

Mədəniyyət Materials 14 Mart 2019 10:46 (UTC +04:00)
“Nəsimi ili” elan edilməsi ilə bağlı dahi şair İmaməddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Məclisi Üns” adlı tədbir keçirilib.
Musiqi məktəbində “Məclisi Üns” adlı tədbir keçirilib

Bakı. Trend:

Bakı şəhər Mədəniyyət Baş İdarəsinin 4 nömrəli uşaq incəsənət məktəbində 2019-cu ilin ölkədə “Nəsimi ili” elan edilməsi ilə bağlı dahi şair İmaməddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Məclisi Üns” adlı tədbir keçirilib.

İdarədən Trend-ə verilən məlumata görə, çıxış edən Xalq artisti Rasim Balayev, Yazıçılar Birliyinin Xəzər Rayon bölməsinin sədri şair Arif Buzovnalı, Əməkdar artist Azad Şükürov, dinşünas Hacı Soltan dahi şairin yaradıcılığını təhlil edərək maraqlı söhbətlər aparıblar.

Tədbirdə millət vəkili Rauf Əliyev, Xəzər rayon Yeni Azərbaycan Partiyasının sədri Namiq Əhmədov, Xəzər rayon İcra Hakimiyyətinin müavini Arif Balayev, SOCAR EKO-Parkın direktoru Tahir Şıxəliyev, məktəb və müəssisə rəhbərləri iştirak ediblər.

Məktəbin rəsm sinfinin şagirdləri Nəsimi yaradıcılığına həsr etdikləri rəsmləri və VII sinif şagirdi Rauf Muradlının söylədiyi qəzəl qonaqların diqqətinə səbəb olub.

Tədbirin bədii hissəsində məktəbin müəllimlərinin müşayiəti ilə çıxış edən xanəndə sinfinin gənc müəllimi Rəna Qafarovanın ifasında səslənən şairin sözlərinə yazılmış mahnı və təsniflər “Məclisi Üns”ə xüsusi rəng qatıb.

Tədbir yel çərşənbəsinə təsadüf etdiyindən foyedə rəsm sinfinin şagirdlərinin əl işlərindən ibarət sərgiyə baxış keçirildikdən sonra məktəbin həyətində bayram tonqalı ətrafında toplaşan qonaqlarla çərşənbə qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti