...

Azay Quliyev: "Bu görüş mənim üçün xüsusi önəm daşıyır" (FOTO)

Seçki 2015 Materials 21 Oktyabr 2015 20:36 (UTC +04:00)
Seçki kampaniyası çərçivəsində görüşlərini davam etdirən 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Azay Quliyevin bugünkü görüş ünvanı 14 il yaşadığı məhəllə olub.
Azay Quliyev: "Bu görüş mənim üçün xüsusi önəm daşıyır" (FOTO)

Azərbaycan, Bakı, 21 oktyabr /Trend/

Seçki kampaniyası çərçivəsində görüşlərini davam etdirən 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Azay Quliyevin bugünkü görüş ünvanı 14 il yaşadığı məhəllə olub.

Trend-in məlumatına görə, keçmiş qonşuları tərəfindən hərarətli alqışlarla qarşılanan A.Quliyev çıxışında bu görüşün keçirilməsinin onun üçün xüsusi önəm daşıdığını bildirib: "Mənim gəncliyim bu məhəllədə keçib. İndi bu görüşdə tanış, doğma simaları görmək mənim üçün çox əlamətdardır".

Seçki kampaniyası başlamamışdan əvvəl, dairənin yerləşdiyi ərazidə, həmçinin görüşün keçirildiyi məhəllədə sakinləri narahat edən məsələlərin seçki qərargahı tərəfindən öyrənildiyini nəzərə çatdıran deputatlığa namizəd bu məsələlərin həlli istiqamətində artıq müəyyən fikirlərin, təkliflərin formalaşdığını deyib.

Görüşdə çıxış edən sakinlərdən Aydın Qədimli, Rəsul Lətifzadə, Elmira Bayquzina və başqaları A.Quliyevin deputat və ictimai fəaliyyətini yaxından izlədiklərini qeyd edərək, onun məhz bu dairədən namizədliyini irəli sürməsindən fəxr hiss duyduqlarını bildiriblər.

Seçicilər səsvermə hüququ olan ailə üzvləri ilə birlikdə 1 noyabrda məntəqələrə gedib hamılıqla A.Quliyevə səs verəcəklərini bəyan ediblər.

Səmimi dəstəyə görə seçicilərə təşəkkürünü bildirən A.Quliyev deputat seçildikdən sonra onlarla daha sıx təmaslarda olacağını, onları narahat edən məsələlərin həllində yerli və mərkəzi dövlət qurumları ilə birgə çalışacağını söyləyib.

Qeyd edək ki, deputatlığa namizəd A.Quliyev 22 oktyabrda saat 17:00-da Binəqədi rayonu, Naxçıvani küçəsi, 38 ünvanında seçicilərlə görüşəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti