...

Azərbaycanda parlament seçkilərində seçici fəallığı yüksək səviyyədədir (FOTOSESSIYA-1)

Seçki 2015 Materials 1 Noyabr 2015 10:38 (UTC +04:00)
Bu gün Azərbaycanda V çağırış Milli Məclisə seçkilər keçirilir.
Azərbaycanda parlament seçkilərində seçici fəallığı yüksək səviyyədədir (FOTOSESSIYA-1)

Azərbaycan, Bakı, 1 noyabr /Trend/

Bu gün Azərbaycanda V çağırış Milli Məclisə seçkilər keçirilir. Azərbaycanın bütün seçki məntəqələri parlament seçkilərinə tam hazırdır.

Seçkilərdə 767 namizəd iştirak edir. Seçkilərin keçirildiyi ilkin saatlardakı mənzərəyə əsasən deyə bilərik ki, ölkədə seçici fəallığı yüksək səviyyədədir.

Qeyd edək ki, Milli Məclisə seçkilərdə 767 namizəd iştirak edir. Seçkiləri 40 təşkilatdan 503 beynəlxalq və 66 mindən çox yerli müşahidəçi izləyir.

Seçkilərdə "ELS" Müstəqil Araşdırmalar Mərkəzi, "RƏY" Monitorinq Mərkəzi, o cümlədən Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiə Mərkəzi Fransanın "Opinion Way" Sosioloji Tədqiqatlar İnstitutu ilə birgə, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın "AJF&Associates Inc." təşkilatı ilə birgə "exit-poll" keçirir.

Seçkilərdə müşahidə üçün 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Trend parlament seçkiləri ilə bağlı fotosessiyanı təqdim edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti