...

Azərbaycanda 126 yaşlı seçici səsvermədə iştirak edib (FOTO)

Seçki 2015 Materials 1 Noyabr 2015 12:01 (UTC +04:00)
Azərbaycanda 126 yaşlı seçici səsvermədə iştirak edib.
Azərbaycanda 126 yaşlı seçici səsvermədə iştirak edib (FOTO)

Azərbaycan, Bakı, 1 noyabr /Trend/

Azərbaycanda 126 yaşlı seçici səsvermədə iştirak edib.

Trend Seçki-2015.az saytına istinadən xəbər verir ki, adı 89 saylı Göyçay-Ağdaş seçki dairəsi 24 saylı məntəqəsinin seçicilər siyahısında olan 1889-cu il təvəllüdlü Gözəl Dadaşovanın yaşadığı evə daşınan seçki qutusu gətirilib. O, evində səs verib.

Qeyd edək ki, G.Dadaşova 1889-cu ildə Şamaxının Sünni kəndində anadan olub. Hazırda Göyçay rayonunun Orta qəsr kəndində yaşayır.

Qeyd edək ki, Milli Məclisə seçkilərdə 767 namizəd iştirak edir. Seçkiləri 40 təşkilatdan 503 beynəlxalq və 66 mindən çox yerli müşahidəçi izləyir.

Seçkilərdə "ELS" Müstəqil Araşdırmalar Mərkəzi, "RƏY" Monitorinq Mərkəzi, o cümlədən Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiə Mərkəzi Fransanın "Opinion Way" Sosioloji Tədqiqatlar İnstitutu ilə birgə, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın "AJF&Associates İnc." təşkilatı ilə birgə "exit poll" keçirir.

Seçkilərdə müşahidə üçün 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti