...

Elmira Süleymanova: Hər hansı şikayət daxil olmayıb

Seçki 2015 Materials 1 Noyabr 2015 20:17 (UTC +04:00)
“Milli Məclisə seçkilər başlayandan etibarən Bakıda və rayonlarda seçkiləri müşahidə etmişik, bizə hər hansı bir şikayət daxil olmayıb”.
Elmira Süleymanova: Hər hansı şikayət daxil olmayıb

Azərbaycan, Bakı, 1 noyabr /Trend müxbir Elçin Mehdiyev/

"Milli Məclisə seçkilər başlayandan etibarən Bakıda və rayonlarda seçkiləri müşahidə etmişik, bizə hər hansı bir şikayət daxil olmayıb". Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ombudsman Elmira Süleymanova deyib.

O, qeyd edib ki, yalnız seçkiləri müşahidə etməyiblər: "Biz, eyni zamanda seçicilərlə söhbət aparmışıq, müşahidəçilərlə görüşmüşük, "exit-poll" keçirənlərlə danışmışıq. Bizə hər hansı şikayət daxil olmayıb".

E.Süleymanova cəzaçəkmə müəssisələri və hərbi hissələrdə səsvermə zamanı da heç bir pozuntu halına rast gəlmədiklərini qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti