...

Şəmkirdəki güllələnmə ilə bağlı cinayət işi başlandı (YENİLƏNİB)

Gündəm Materials 17 Yanvar 2018 16:13 (UTC +04:00)
Şəmkir rayonunda baş verən güllələnmə hadisəsi ilə bağlı cinayət işi başlanıb.
Şəmkirdəki güllələnmə ilə bağlı cinayət işi başlandı (YENİLƏNİB)

Bakı. Samir Əli - Trend:

Şəmkir rayonunda baş verən güllələnmə hadisəsi ilə bağlı cinayət işi başlanıb.

Bu barədə Trend-ə Şəmkir rayon Prokurorluğundan məlumat verilib. Məlumatda bildirilir ki, faktla bağlı Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsilə cinayət işi başlanıb. Hazırda hadisəni törədən şəxsin tutulması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xatırladaq ki, hadisə bu gün Şəmkir rayonunda mərkəzi bazarın yaxınlığında baş verib. 1992-ci il təvəllüdlü Mircəlal Əziz oğlu Mehdiyev münaqişə zəminində tanışı tərəfindən odlu silahla güllələnib. Yaralı Şəmkir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti