...

Suraxanıda dəmir yolunda yeniyetməni cərəyan vurub

Gündəm Materials 18 Yanvar 2018 19:14 (UTC +04:00)
Suraxanı rayonunda 2002-ci il təvəllüdlü şəxs dəmir yolu xəttində hərəkətsiz dayanmış qatarın üstündə olan zaman elektrik naqilinə toxunmuş və cərəyan vurması nəticəsində xəsarət almışdır.
Suraxanıda dəmir yolunda yeniyetməni cərəyan vurub

Bakı. Trend:

Suraxanıda dəmir yolu xətti üzərində dayanan yeniyetməni cərəyan vurub.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda 2002-ci il təvəllüdlü şəxs dəmir yolu xəttində hərəkətsiz dayanmış qatarın üstündə olan zaman elektrik naqilinə toxunub və cərəyan vurması nəticəsində xəsarət alıb.

Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Halsız vəziyyətdə olan vətəndaş xilasedicilərin köməkliyi ilə aşağı endirilib və hadisə yerinə cəlb olunmuş həkim briqadasına təhvil verilib. Əməliyyat başa çatıb.​

Məqalədə:
Xəbər lenti

Xəbər lenti