...

Goranboydan Tovuza toya gedən mikroavtobus aşdı, 3 nəfər xəstəxanaya yerləşdirildi

Gündəm Materials 27 Yanvar 2018 16:47 (UTC +04:00)
Tovuzda toya gedən mikroavtobus qəzaya uğrayıb.
Goranboydan Tovuza toya gedən mikroavtobus aşdı, 3 nəfər xəstəxanaya yerləşdirildi

Bakı. Samir Əli - Trend:

Tovuzda toya gedən mikroavtobus qəzaya uğrayıb.

Trend-in məlumatına görə, Goranboy rayonundan gələn Ford markalı mikroavtobus Tovuz rayonunun Böyükqışlaq kəndi ərazisində idarəetməni itirərək aşıb. Hadisə nəticəsində 3 nəfər ağır xəsarət alıb.

Goranboy rayon sakinləri, 1999-cu il təvəllüdlü Xeyrullayeva Zinyət Halay qızı, 1951-ci il təvəllüdlü Əliyeva Səmayə Dünyamalı qızı və 1967-ci il təvəllüdlü Qasımova Ceyran Mədət qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti