...

ETSN ətraf mühitin mühafizəsinin pozulmasına görə 749 “məcburi göstəriş” verdi

Gündəm Materials 5 Fevral 2018 10:18 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirlyinin ətraf mühitin mühafizəsini həyata keçirən qurumları tərəfindən 2017-ci il ərzində hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 2689 akt və 944 protokol tərtib olunub və aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 749 müddətli “məcburi göstəriş” verilib.
ETSN ətraf mühitin mühafizəsinin pozulmasına görə 749 “məcburi göstəriş” verdi

Bakı. İlhamə İsabalayeva - Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirlyinin ətraf mühitin mühafizəsini həyata keçirən qurumları tərəfindən 2017-ci il ərzində hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 2689 akt və 944 protokol tərtib olunub və aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 749 müddətli “məcburi göstəriş” verilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qanun pozuntusuna yol verdikləri üçün hüquqi və fiziki şəxslərə qarşı ümumilikdə 990 iş üzrə 920255 manat məbləğində cərimə tətbiq edilib.

Ətraf mühitə dəymiş ziyanla bağlı 570 iş üzrə 955299,17 manat məbləğində iddia qaldırılıb. Ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 5743 iş üzrə 1141264,21 manat məbləğində ödəmə tətbiq edilib.

Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilmiş 603 işdən 227-nə, icra qruplarına göndərilən 590 işdən 241-nə, məhkəmələrə göndərilən 76 işdən 20-nə baxılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti