...

Əcnəbi vətəndaşın mənzilindən oğurluq edən şəxs saxlanılıb

Gündəm Materials 8 Fevral 2018 13:36 (UTC +04:00)
Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlanılıb.
Əcnəbi vətəndaşın mənzilindən oğurluq edən şəxs saxlanılıb

Bakı. Samir Əli - Trend:

Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçidikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, araşdırmalarla onların şəhər sakinləri, əvvəllər məhkum olunmuş iki qardaş - Seymur və Kəmaləddin Talıbovlar olmaları müəyyən edilib.

Baxış zamanı Seymurdan 120 qram, qardaşından isə 114 qram tiryək aşkar edilib.

Faktla bağlı cinayət işi başlanılıb.

DİN-in Baş Cinayət Axtarışı İdarəsi və Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən S.Talıbovun ətrafında aparılan əməliyyat tədbirləri ilə sonuncunun törətdiyi digər cinayət əməllərinin də üstü açılıb. Onun paytaxtın Badamdar qəsəbəsində yaşayan əcnəbi vətəndaşın mənzilindən 2 noutbuk, proyektor, 2 “TV-resiver”, 1 vebkamera, 2 domofon, 2 videokamera və 1 çanta oğurladığı müəyyən edilib.

Polis əməkdaşları tərəfindən maddi sübutlar onun Gəncə şəhərində yaşadığı mənzilindən aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti