...

Gürcüstandan Azərbaycana 486 ədəd inyeksiya suyunun keçirilməsinin qarşısı alınıb (FOTO)

Gündəm Materials 12 Fevral 2018 13:21 (UTC +04:00)
Balakən Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş məlumat əsasında idarənin "Mazımçay" gömrük postunda Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes Benz E220D" markalı nəqliyyat vasitəsinə gömrük nəzarəti həyata keçirilib.
Gürcüstandan Azərbaycana 486 ədəd inyeksiya suyunun keçirilməsinin qarşısı alınıb (FOTO)

Bakı. Samir Əli - Trend:

Balakən Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş məlumat əsasında idarənin "Mazımçay" gömrük postunda Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes Benz E220D" markalı nəqliyyat vasitəsinə gömrük nəzarəti həyata keçirilib.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, baxış zamanı avtomobilin arxa oturacağının altında 2 ədəd sellofan torbada gömrük orqanından gizlədilmiş, ümumilikdə 486 amplua üzərində "Вода для инъекции 2 мл" markalanma yazısı olan inyeksiya üçün su aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti