...

Cocuq Mərcanlıda fəaliyyət göstərən müəssisələrə güzəştlər edilə bilər

Gündəm Materials 15 Fevral 2018 13:12 (UTC +04:00)
Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində fəaliyyət göstərən müəssisələrə müəyyən güzəştlər təqdim oluna bilər.
Cocuq Mərcanlıda fəaliyyət göstərən müəssisələrə güzəştlər edilə bilər

Bakı. Trend:

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində fəaliyyət göstərən müəssisələrə müəyyən güzəştlər təqdim oluna bilər.

Trend-in məlumatına görə, bunu iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.

O qeyd edib ki, həmin müəssisələrə investisiya təşviqi sənədləri verilə bilər.

Nazir müavini əlavə edib: "Cocuq Mərcanlıda iqtisadi fəaliyyətin genişləndirilməsi istiqamətində dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq sistemli tədbirlər həyata keçirilir. Ölkə rəhbərinin Sərəncamına əsasən, 2 ilə yaxındır ölkədə investisiya təşviqi sənədlərinin verilməsi ilə bağlı işlər görülür. Bu sənəd regionlarda 32 fəaliyyət sahəsini əhatə edir. Belə istehsal sahələri Cocuq Mərcanlıda da yaradılır. Bununla bağlı biz təşviqat işlərini genişləndirərək bu məsələlərə xüsusi diqqət ayıracağıq. Müraciətlər olarsa, lazım olan güzəşt mexanizmlərindən istifadə edə biləcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti