...

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb

Gündəm Materials 20 Fevral 2018 08:38 (UTC +04:00)
Ötən gün ölkə ərazisində 104 cinayət faktı qeydə alınıb, onların da 15-i “isti izlər”lə açılıb.
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb

Bakı. Samir Əli - Trend:

Ötən gün ölkə ərazisində 104 cinayət faktı qeydə alınıb, onların da 15-i “isti izlər”lə açılıb.

Trend-in DİN mətbuat xidmətinə istinadən verdiyi məlumata əsasən, axtarışda olduğuna görə 41 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Həmin dövr ərzində respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.

Qeyd olunu ki, daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilib: "Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti