...

Paytaxtda daha 55 ünvanda taksi dayanacağı yaradılıb (FOTO)

Gündəm Materials 27 Fevral 2018 15:23 (UTC +04:00)
Yeni taksi dayanacaq məntəqələrinin müəyyənləşdirilməsi işləri davam edir.
Paytaxtda daha 55 ünvanda taksi dayanacağı yaradılıb (FOTO)

Bakı. Samir Əli - Trend:

Yeni taksi dayanacaq məntəqələrinin müəyyənləşdirilməsi işləri davam edir.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayevin Trend-ə verdiyi məlumata görə, bu çərçivədə aparılan təhlillərin nəticəsinə əsasən, həmçinin, daxil olan vətəndaş müraciətləri nəzərə alınaraq, daha 55 ünvanda taksi dayanacaq məntəqəsi təşkil edilib.

Artıq yeni məntəqələrə müvafiq nişanlar qoyulur və yol nişanlanma xətləri çəkilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti