...

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb

Gündəm Materials 28 Fevral 2018 08:20 (UTC +04:00)
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 97 cinayət faktı qeydə alınmış, onların da 17-si “isti izlər”lə açılıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 29  nəfər saxlanılıb

Bakı. Samir Əli - Trend:

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 97 cinayət faktı qeydə alınmış, onların da 17-si “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdə bağlı qalmış cinayətlərdən gün ərzində 1-nin açılması təmin olunub.

Axtarışda olduğuna görə 19 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti