...

Sahil Babayev: Qeyri-qanuni məşğulluğun aradan qaldırılması üzrə işlər davam etdiriləcək (YENİLƏNİB) (FOTO)

İqtisadiyyat Materials 21 May 2018 10:35 (UTC +04:00)
Qeyri-qanuni məşğulluğun aradan qaldırılması üzrə işlər davam etdiriləcək.
Sahil Babayev: Qeyri-qanuni məşğulluğun aradan qaldırılması üzrə işlər davam etdiriləcək (YENİLƏNİB) (FOTO)

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qeyri-qanuni məşğulluğun aradan qaldırılması və ölkə əhalisinin sosial rifahının daha da yaxşılaşdırılması üzrə işləri davam etdirəcək.

Trend-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev “Dayanıqlı İnkişaf Məqsədlərinə doğru: davamlı inkişafın və layiqli həyatın təbliği” mövzusunda keçirilən konfransda deyib.

Nazir qeyd edib ki, Azərbaycan ötən illər ərzində məşğullun təmin olunması və əhalinin sosial rifahının yaxşılaşdırılmasında mühüm uğurlar əldə edib. Qısa müddət ərzində Azərbaycan yoxsulluğun və işsizliyin səviyyəsini azaltmağı və əməkhaqlarını artırmağı bacarıb:

"Son 15 il ərzində ölkə ÜDM-i 3,2 dəfə artıb. Minimal əməkhaqqı 5,2 dəfə, orta əməkhaqqı isə 6,6 dəfə artıb. Ölkədə yoxsulluğun səviyyəsi 49 faizdən 5 faizədək azalıb. Bundan başqa, işsizliyin səviyyəsi 5 faizədək azalıb. Göstərilən dövrdə Azərbaycana 230 milyard dollardan çox investisiya yatırılıb, bunun da təqribən yarısı xarici sərmayələrin payına düşür".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti