...

Vəkillər Kollegiyası: Qəbul zamanı heç bir ayrı-seçkilikdən söhbət gedə bilməz

Gündəm Materials 6 İyun 2018 11:38 (UTC +04:00)
Qəbul zamanı heç bir ayrı-seçkilikdən söhbət gedə bilməz.
Vəkillər Kollegiyası: Qəbul zamanı heç bir ayrı-seçkilikdən söhbət gedə bilməz

Bakı. Samir Əli - Trend:

Bəzi müxalifyönlü partiya mənsubiyyətli hüquqşünasların vəkilliyə qəbul imtahanlarında suni problemlərin yaradılması ilə bağlı ittihamları həqiqəti əks etdirmir.

Trend-in məlumatına görə, bunu Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov deyib.

Onun sözlərinə görə, bu məsələ ilə bağlı Vəkillər Kollegiyası mütəmadi münasibətini bildirir:

"Kollegiyaya qəbul zamanı heç bir ayrı-seçkilikdən söhbət gedə bilməz. Bizdə imtahanlardan kəsilənlər sırasında dövlət qulluğunda olanlar və YAP-ın üzvləri də var. Bəs onların imtahandan keçməməsində nəyi bəhanə edirlər? Qəbul zamanı kiminsə partiya mənsubiyyəti və dini mənsubiyyətini yoxlamırıq. İmtahanlardan kəsilənlər arasında digər partiya mənsubiyyəti olanlar da var".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti