...

Akif Əlizadə: Yüksək Texnologiyalar Parkının infrastrukturu tam yaradılandan sonra AMEA əlavə vəsait qazanacaq

Gündəm Materials 8 İyun 2018 17:11 (UTC +04:00)
Azərbaycan elmində fizika, biologiya və riyaziyyat istiqamətləri inkişaf etməlidir.
Akif Əlizadə: Yüksək Texnologiyalar Parkının infrastrukturu tam yaradılandan sonra AMEA əlavə vəsait qazanacaq

Bakı. İlhamə İsabalayeva -Trend:

Azərbaycan elmində fizika, biologiya və riyaziyyat istiqamətləri inkişaf etməlidir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə bildirib.

A.Əlizadənin sözlərinə görə, qarşıdakı illərdə regionalyönümlü layihələrə, tədqiqatlara üstünlük veriləcək və onlar AMEA tərəfindən dəstəklənəcək.

Azərbaycanda innovativ elmin inkişaf etdirilməsini vacib sayan A.Əlizadə əlavə edib ki, Azərbaycan alimləri ilk növbədə özünü doğruldan Avropa layihələrində iştirak etməlidirlər: "Bu layihələrdə alimlərin iştirakı Azərbaycan elminin dünya fundamental elminin ön sıralarında iştirakına zəmin yaradır".

AMEA prezidenti qeyd edib ki, Yüksək Texnologiyalar Parkının bütün infrastrukturu tam olaraq yaradılmalıdır: "Hesab edirəm ki, o yaradılandan sonra akademiya büdcədənkənar vəsait qazanacaq. Bunula da Azərbaycan elmi büdcədənkənar maliyyə hesabına da inkişaf edə biləcək".

A.Əlizadə bildirib ki, akademiyanın universitetinin yaradılması da başlıca prioritetlərdəndir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti