...

Balakəndə Dəliçay daşdı, evləri və həyətləri su basdı

Gündəm Materials 12 İyun 2018 14:09 (UTC +04:00)
Balakən rayonunda çayda yenidən daşqın olub.
Balakəndə Dəliçay daşdı, evləri və həyətləri su basdı

Bakı. Samir Əli - Trend:

Balakən rayonunda çayda yenidən daşqın olub.

Bu barədə Trend-ə Balakən rayon İcra Hakimiyyətindən məlumat verilib.

Məlumatda bildirilir ki, rayonun Katex kəndi ərazisindən keçən Dəliçay çayında daşqın olub:

"Dəliçay dağlıq ərazidən gələn çaydır. Dağlara güclü yağış yağan kimi çay daşır və bəndləri yuyur. Bu dəfə də daşqın olub və Katex kəndində bəzi evlərə su dolub, həyətyanı sahələri su basıb. Hələlik neçə evi su basması və dəymiş ziyan məlum deyil".

İcra Hakimiyyətindən bildiriblər ki, hazırda dəymiş ziyan müəyyənləşdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti