...

Qubada 2 qardaş əlbir olub qonşunu bıçaqladı

Gündəm Materials 13 İyun 2018 09:44 (UTC +04:00)
Quba rayonunda bıçaqlanma hadisəsi baş verib.
Qubada 2 qardaş əlbir olub qonşunu bıçaqladı

Bakı. Samir Əli - Trend:

Quba rayonunda bıçaqlanma olub.

Trend-in məlumatına görə, hadisə rayonun Zərdabi kəndində baş verib.

Kənd sakini, Dadaşov Eldəniz Arzuman oğlu ilə kənd sakinləri, 1973-cü il təvəllüdlü Ağasiyev Kamran Qəzənfər oğlu və 1979-cu il təvəllüdlü Ağasiyev Elman Qəzənfər oğlu arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb.

Hadisə nəticəsində iki qardaş E.Dadaşovu bıçaqlayıb. Yaralı təcili olaraq Quba rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və dərhal əməliyyat olunub.

Faktla bağlı Quba rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb.

Keçirilən əməliyyat istintaq tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən K.Ağasiyev və E.Ağasiyev saxlanılaraq istintaqa təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti