...

DİN-dən sürücülərə: Salonda qalan qiymətli əşya və sənədlər oğurlana bilər, əgər...

Gündəm Materials 21 İyun 2018 11:18 (UTC +04:00)
Daxili İşlər Nazirliyi nəqliyyat vasitələri sahiblərinə müraciət edib
DİN-dən sürücülərə: Salonda qalan qiymətli əşya və sənədlər oğurlana bilər, əgər...

Bakı. Samir Əli - Trend:

Daxili İşlər Nazirliyi nəqliyyat vasitələri sahiblərinə müraciət edib.

DİN-dən Trend-ə verilən məlumata görə, müraciətdə deyilir ki, xüsusilə havanın qaranlıq vaxtı avtomobillərini parklayarkən, o cümlədən qısa müddətdə tərk edərkən, eləcə də, avtoyuma yerlərində və təmir sexlərində saxlayarkən salonda nəzarətsiz qalan qiymətli əşyalar, sənədlər bəzi kriminala meyilli şəxslər tərəfindən oğurlana bilər.

Belə halların qarşısının alınması üçün sürücülərə tövsiyə olunur ki, pul, telefon və digər qiymətli əşyaları, şəxsi sənədləri avtomobili tərk edərkən özləri ilə götürsünlər və mümkün qədər nəqliyyat vasitələrini diqqətdən və nəzarətdən kənar ərazilərdə deyil, Təhlükəsiz Şəhər kameralarının əhatə və görüntü dairəsində, küçə və həyətlərin işıqlı ərazilərində saxlasınlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti