...

Xaçmazda DƏHŞƏT: Kişi anasının gözü qarşısında qətlə yetirildi

Gündəm Materials 4 İyul 2018 10:32 (UTC +04:00)
Xaçmaz rayonunda qətl hadisəsi baş verib.
Xaçmazda DƏHŞƏT: Kişi anasının gözü qarşısında qətlə yetirildi

Bakı. Samir Əli - Trend:

Xaçmaz rayonunda qətl hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə rayonun Xudat şəhərində baş verib.

Şəhər sakini Mirzəyeva Vüsalə Tahir qızı birlikdə yaşadığı Osmanov Maarif Tofiq oğlu və onun anası Osmanova Narxanım İsmayıl qızı ilə ailə münaqişəsi zəminində mübahisə edib.

V.Mirzəyeva mübahisə nəticəsində mətbəx bıçağı ilə M.Osmanova döş qəfəsindən zərbələr endirib.

Hadisə nəticəsində M. Osmanov hadisə yerində ölüb.

Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb və V.Mirzəyeva şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti