...

Marşrut xətləri üzrə tətbiq edilən xüsusi fəaliyyət rejimi ləvğ edildi

Gündəm Materials 4 İyul 2018 18:34 (UTC +04:00)
Paytaxtın enerji təminatında yaranan çətinliklərin əmələ gətirdiyi problemlər aradan qaldırıldığından müntəzəm marşrut xətləri üzrə tətbiq edilən xüsusi fəaliyyət rejimi ləvğ edilib.
Marşrut xətləri üzrə tətbiq edilən xüsusi fəaliyyət rejimi ləvğ edildi

Bakı. Samir Əli - Trend:

Paytaxtın enerji təminatında yaranan çətinliklərin əmələ gətirdiyi problemlər aradan qaldırıldığından müntəzəm marşrut xətləri üzrə tətbiq edilən xüsusi fəaliyyət rejimi ləvğ edilib.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Trend-ə verilən məlumata görə, hazırda müntəzəm sərnişindaşımaları adi günlərdə olduğu kimi davam etdirilir.

BNA 3-4 iyul tarixlərində sərnişindaşınmasını xüsusi fəaliyyət rejimində təşkilində yaxından iştirakına və göstərdikləri köməyə görə daşıyıcılara, nəqliyyat əməliyyatları ilə bağlı əhalinin vaxtında məlumatlandırılması və maarifləndirilməsi işlərində göstərdikləri əvəzsiz dəstəyə görə kütləvi informasiya vasitələrinə təşəkkür edir, ötən iki gün ərzində nəqliyyat sistemində yaranan çətinlikləri anlayışla qəbul edib yüksək vətəndaşlıq mövqeyi göstərən əhaliyə də dərin minnətdarlığını bildirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti