...

Bakıda 2 400-dən çox 6 yaşı tamam olmayan uşağın I sinfə qəbulu üçün müraciət edilib

Gündəm Materials 6 İyul 2018 15:48 (UTC +04:00)
6 yaşı sentyabrın 16-dan dekabrın 31-dək tamam olacaq uşaqlar ümumi təhsil müəssisələrinin I sinfinə müsabiqəsiz qəbul ediləcək.
Bakıda 2 400-dən çox 6 yaşı tamam olmayan uşağın I sinfə qəbulu üçün müraciət edilib

Bakı. İlhamə İsabalayeva - Trend:

6 yaşı sentyabrın 16-dan dekabrın 31-dək tamam olacaq uşaqlar ümumi təhsil müəssisələrinin I sinfinə müsabiqəsiz qəbul ediləcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, Prezident İlham Əliyev ““Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Fərman imzalayıb.

Dəyişikliyə əsasən, valideynlərin və ya digər qanuni nümayəndələrin müraciəti ilə hər təqvim ilinin sonunadək 6 yaşı tamam olan uşaqlar da məktəbə qəbul edilirlər.

Ümumilikdə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinə 2018-2019-cu tədris ili üzrə 2 406 nəfər 6 yaşı tamam olmayan uşaq üçün müraciət daxil olub.

Həmin uşaqların valideynləri artıq mektebeqebul.edu.az elektron sistemi vasitəsilə şəxsi kabinetə daxil olaraq məktəb seçimi edə bilərlər.

Qeyd edək ki, indiyədək xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu iyun-iyul ayları ərzində müsahibə üsulu ilə aparılırdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti