...

Bakıda marşrutların birində avtobuslar yenilənib - Pulsuz “Wi-Fi”

Gündəm Materials 9 İyul 2018 17:01 (UTC +04:00)
“Xaliq Faiqoğlu” nəqliyyat şirkəti 85 nömrəli marşrut üzrə hərəkət edən avtobusları tamamilə yeniləyib
Bakıda marşrutların birində avtobuslar yenilənib - Pulsuz “Wi-Fi”

Bakı. Hüseyn Vəliyev - Trend:

“Xaliq Faiqoğlu” nəqliyyat şirkəti 85 nömrəli marşrut üzrə hərəkət edən avtobusları tamamilə yeniləyib.

Bu barədə Trend-ə şirkətdən məlumat verilib.

Məlumata əsasən, bu gündən başlayaraq marşrut xəttində “Anadolu İsuzu” şirkətinin istehsalı olan “Citibus” və “Citiport” markalı avtobuslar hərəkət edəcək:

“Yeni avtobuslar “DAEWOO BS 090” markalı avtobusları əvəz edəcək. Bu avtobuslar kondisionerlə təchiz olunub və Avro 5 standartına cavab verir. Hazırda bu standarta cavab verən avtobuslar 18, 61, 65 və 85 nömrəli marşrutlarda istifadə olunur. “Citiport” markalı avtobuslarda pulsuz “Wi-Fi” xidməti fəaliyyət göstərir”.

Xatırladaq ki, bir müddət əvvəl şirkət 70 yeni avtobus alacağını məlumat vermişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti