...

Yük maşını VAZ-la toqquşdu - Ölən var

Gündəm Materials 11 İyul 2018 09:52 (UTC +04:00)
Səhər saatlarında "Mercedes" markalı yük avtomobili ilə "VAZ" markalı minik avtomobili toqquşub.
Yük maşını VAZ-la toqquşdu - Ölən var

Bakı. Trend:

Səhər saatlarında "Mercedes" markalı yük avtomobili ilə "VAZ" markalı minik avtomobili toqquşub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağcabədi rayonunda "Mercedes" markalı yük avtomobili ilə "VAZ" markalı minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri "VAZ" markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1960-cı il təvəllüdlü Əliyev Ülfət İbrahim oğlunun cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti