...

DİQQƏTLİ OLUN! Bu yollarda təhlükəsizlik sədləri təmir edilir

Gündəm Materials 12 İyul 2018 09:42 (UTC +04:00)
Bu yollarda təhlükəsizlik sədləri təmir edilir.
DİQQƏTLİ OLUN! Bu yollarda təhlükəsizlik sədləri təmir edilir

Bakı. Samir Əli - Trend:

Bu yollarda təhlükəsizlik sədləri təmir edilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə Bakı Dairəvi-1 avtomobil yolunda, həmçinin Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yollunun 45-52-ci km-lik hissəsində yol qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır. İşlərin axşam saatlarınadək davam etdirilməsi nəzərdə tutulub.

Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti